“Qarabağ”ın mərkəz müdafiəçisindən MARAQLI AÇIQLAMA: “Fərq yalnız budur“

24 Avqust 23:40 Qarabağ 848
“Qarabağ”ın mərkəz müdafiəçisindən MARAQLI AÇIQLAMA: “Fərq yalnız budur“

“Hər ikisi peşəkar klubdur və hər ikisi meydana qələbə qazanmaq üçün çıxır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi deyib.

23 yaşlı macarıcstanlı legioner avrokubok həyəcanını ilk dəfə “Qarabağ”la yaşadı. Eyni zamanda Premyer Liqada ilk dəfə meydana çıxdı.

Bu iki turnirin arasındakı fərqlər nədən ibarətdir? Məsələn, “Dinamo” və “Şamaxı”ya qarşı oyunlar bir-birindən nə ilə fərqlənir?

Varkonyini dinləyək:

“Bilirəm ki, bütün komandalar bizi udmağa və özünü sübut etməyə çalışır. “Dinamo” olsun, ya “Şamaxı” - fərq etmir.

Sadəcə, avrokuboklarda uduzmaq mübarizəni dayandırmaqla nəticələnir.

Çempionatda bir az fərqlidir, bu gün itirdiyin xalları sabah bərpa edə bilirsən. Fərq yalnız budur“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada