Yuri Vernidub nə vəd etmişdisə, hamısına əməl edir - "Neftçi"yə beləsi nə vaxt gəlib?

22:20 Neftçi 181
Yuri Vernidub nə vəd etmişdisə, hamısına əməl edir - "Neftçi"yə beləsi nə vaxt gəlib?

Yuri Vernidub son illər "Neftçi"nin başına gələn ən gözəl hadisədir.

"Araz-Naxçıvan" üzərindəki darmadağına görə demirəm.

Heç ardıcıl iki qələbəyə görə də demirəm...

Bəlkə də "Neftçi"dəki uğursuzlar sırasına onun da adı düşəcək.

Amma vədinə əməl etdiyinə, sözü bütöv olduğuna görə hər zaman hörmətlə xatırlanacaq.

Hələ ötən mövsümün gedişində demişdi ki, əcnəbi futbolçu əsas heyətdə yer almaq üçün yerlidən üstün olmalıdır.

Ardıcıl iki turdu "ağ qaralar"ın start heyətində 5 yerli oyunçu görürük. İddialı, büdcəli bur klubda bunu hələm-hələm görə bilməzsiniz.

Digər vədi isə gənclərlə bağlı olmuşdu ki, onlara şans verəcəm.

Yay fasiləsində klubun yetirməsi olan gənc Rüfət Abbasovun "Şamaxı"dan "ağ qaralar"a gəlməsi üçün normal xərc çəkilməsini israr etdi. Rüfət bu gün komandanın əsas heyət üzvünə çevrilməkdədir.

"Araz"la qarşılaşmanın 80-cı dəqiqədə isə bir başqa gənc Aslan Şirinovu meydana buraxdı.

Legioner limitinin ləğvindən sonra bir çox yerli mütəxəssislər də yerli uşaqlardan üz çevirdi.

Amma bu gün bir ukraynalıdan tam əksini görmək onu iki qat dəyərli edir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti