"Zirə", "Sabah", "Neftçi", "Qarabağ", "Paxtakor" və onlar...

08:30 Hadisə 88
"Zirə", "Sabah", "Neftçi", "Qarabağ", "Paxtakor" və onlar...

Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında III "Ulduz Cup" beynəlxalq futbol turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, avqustun 27-də yekunlaşacaq turnir Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutur.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı "Ulduz", "Zirə", "Sabah", "Neftçi" və "Qarabağ", Özbəkistanı "Paxtakor" və "Bunyodkor", Gürcüstanı "Dinamo" (Tbilisi), Polşanı "Drukarz", Türkmənistanı "Altın Taç", Qırğızıstanı "Sduşorsi", Qazaxıstanı isə "Kayrat" komandaları təmsil edir.

Beləliklə, yarışda ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparır.

"Ulduz Cup" beynəlxalq futbol turniri artıq üçüncü dəfə keçirilir. İlk yarışda "Dinamo" (Minsk, Belarus) qalib olub. "Ulduz" ikinci, "Bunyodkor" isə üçüncü yeri tutublar.

Ötən il keçirilən II "Ulduz Cup" turnirində isə "Neftçi" birinci, "Paxtakor" ikinci, "Dinamo" (Tbilisi) üçüncü olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!