“Biz yaxşı nəticə üçün dua edirik, öz gücümüzə inanırıq”

25 Avqust 01:00 Çempionlar Liqası 426
“Biz yaxşı nəticə üçün dua edirik, öz gücümüzə inanırıq”

"Hapoel"in (Beer Şeva) qapıçısı Ofir Marsiano Çempionlar Liqası pley-off mərhələsinin "Sabah"la cavab matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportinfo.az 36 yaşlı israilli qolkiperin fikirlərini diqqətinizə çatdırır:

​"Bizi vacib oyun gözləyir. Öz gücümüzə inanırıq.

Tamamilə bu oyuna köklənmişik. Bilirik ki, çətin olacaq. Lakin çətinliklər bizi gücləndirir.

Biz komanda olaraq yaxşı nəticə üçün dua edirik. Oyunun bizim üçün müsbət sonluqla bitəcəyinə inanıram".

"Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Komandalar arasında baş tutan ilk oyun İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada