Macarıstan çempionatında 5-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” öz meydanında “Debretsen”lə qarşılaşıb.
Matç qolsuz heç-heçə ilə başa çatıb. Nuriyev 72-ci dəqiqədə meydana daxil olub. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Kişvarda” hazırda 5 xalla 8-ci yerdədir.
