AFFA-nın yeni planlı klublar tərəfindən kütləvi narazılıq yaradıb.
Belə ki, bir neçə gün əvvəl federasiya rəsmiləri ilə Premyer Liqa iştirakçılarının rəhbərləri üz-üzə gəlib.
Görüşdə bildirilib ki, yeni mövsümdən klublara ayrılan 2.5 milyon manat dövlət dotasiyasının istiqaməti fərqli olacaq.
Maliyyə bütövlükdə akademiyalara yönləndiriləcək.
Nəzarət isə birbaşa AFFA-ya məxsus olacaq.
Klublar istədiyi maaş mexanizmi qura bilməyəcək.
Qurumun təklifi bütün elita iştirakçıları tərəfindən bəyənilməyib.
Xüsusilə sponsoru olmayan klublar kəskin narazılıq bildirib.
Qeyd olunub ki, belə olacağı halda əsas komandanı formalaşdırmaq, xərclərini qarşılamaq mümkünsüz hala gələ bilər.
Bu istiqamətdə növbəti müzakirələr üçün tərəflər yenidən bir araya gələcək.
Hazırda 2.5 milyon dövlət dotasiyasının 500 min manatı akademiyaların inkişafı üçün nəzərdə tutulub. Amma iddialar var ki, əksər klublar heç bu məbləği də təyinatı üzrə xərcləmir. Müxtəlif yollarla əsas komandaya yönləndirir.
XANOĞLAN/ SPORTİNFO.AZ
