Premyer Liqanı I Liqaya dəyişdi - Məşqçinin hücumçu oğlu

12 Sentyabr 2025 14:00 Səbail 2 155
Premyer Liqanı I Liqaya dəyişdi - Məşqçinin hücumçu oğlu

Dünən "Sumqayıt"dan ayrılan Kamran Quliyevin yeni klubu müəyyənləşib.

Ötən mövsümdən formasını geyindiyi “kimyaçılar”la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən hücumçusu karyerasını I Liqada davam etdirəcək.

O, “Səbail” ilə 1+1 illik kontrakt imzalayıb.

“Şəmkir”in məşqçisi Rüfət Quliyevin oğlu daha çox oynamaq üçün “gənclik şəhəri” təmsilçisi ilə vidalaşıb. Kamran çox az şans qazandığını söyləyib:

"Sumqayıt"dan ayrılmağımın səbəbi daha çox oynamaq istəyimdir. Çünki son iki ili demək olar ehtiyat oyunçular skamyasında keçirmişəm.

Oynamadıqca özünəinam azalır, statistikada, oyun sayında geri qalırsan. Ona görə də oynaya biləcəyim komandaya getmək istədim.

Menecerim təklif etdi və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. Son oyunlarda çox az şans qazanırdım" (report).

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!