Qara son futbolunu şəhid və qazi övladları ilə oynadı - VİDEO

07:40 Hadisə 129
Qara son futbolunu şəhid və qazi övladları ilə oynadı - VİDEO

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Qara Qarayev peşəkar futbolçu karyerasını rəsmən başa vurub.

Sportinfo.az xəbər verir ki, futbolçu bu qərarını şəhid və qazi övladları ilə birlikdə keçirdiyi vida matçında açıqlayıb.

Beləliklə, Qarayev futbolçu karyerasını şəhid və qazi övladlarının iştirakı ilə keçirilən simvolik görüşlə tamamlayıb.

33 yaşlı yarımmüdafiəçinin karyerasının böyük hissəsi "Qarabağ"la bağlı olub.

O, həmçinin "Neftçi" və "Araz-Naxçıvan"da çıxış edib, beynəlxalq arenada isə Azərbaycan millisinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!