"Neftçi"nin 90 illiyində çempion olmaq istəyirik və bunu bacararıq"

24 Avqust 19:20 Neftçi 629
"Neftçi"nin 90 illiyində çempion olmaq istəyirik və bunu bacararıq"

"Neftçi"nin futbolçusu Rüfət Abbasov komandasının qarşıdakı hədəflərindən danışıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi bu barədə Misli Premyer Liqasının 5-ci turunda "Araz-Naxçıvan"a qalib gəldikləri (5:0) matçdan sonra fikirlərini bölüşüb.

"Sabah" və "Qarabağ"a avrokuboklarda uğurlar arzulayan Rüfət Abbasov çempion olmaq istədiklərini deyib:

"Sabah"ı təbrik edirəm. "Qarabağ"a isə uğurlar arzulayıram.

Çünki onlar bizim ölkəmizi təmsil edirlər. Biz öz işimizi görəcəyik.

İnşallah, bütün oyunlara qələbə üçün çıxacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Bildiyiniz kimi, bu il "Neftçi"nin 90 illiyidir. Çempion olmaq istəyirik. İnşallah, bunu bacararıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada