“Neftçi” onu da yola salır - SON DƏQİQƏ XƏBƏRİ

16:00 Neftçi 510
“Neftçi” onu da yola salır - SON DƏQİQƏ XƏBƏRİ

“Neftçi”də daha bir ayrılıq an məsələsidir.

Paytaxt təmsilçisi Alessio Kurçi ilə sağollaşmaq ərəfəsindədir.

Lüksemburqlu hücumçu baş məşqçi Yuri Vernidubun planlarına daxil deyil. Məhz bu səbəbdən cari mövsüm üçün sifariş olunmayıb.

24 yaşlı futbolçu ilə vidalaşmaq barədə danışıqlar yekunlaşmaq üzrədir. Tərəflər hansısa formada qarşılıqlı razılıq əsasında ayrılmağı qərara alıb.

Təbii ki, xətir-hörmətə görə getməyəcək. O, buna görə müəyyən qədər təzminat alacaq.

2025-ci olin yayında “ağ-qaralar”la 3 illik müqaviləyə qol çəkən futbolçu ötən mövsüm “Neftçi”nin heyətində meydana çıxdığı 19 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti