Premyer Liqanın ulduzu saç düzümünü dəyişdi - VİDEO+FOTOLAR

12:20 Hadisə 99
Premyer Liqanın ulduzu saç düzümünü dəyişdi - VİDEO+FOTOLAR

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland imicində dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu “Bornmut”la oyundan əvvəl “Sky Sports”un canlı yayımına yeni saç düzümü ilə çıxıb.

Haaland uzun və arxadan bağladığı saçlarından imtina edərək, daha qısa saç stilinə üstünlük verib. Yeni görünüşü onun “Borussiya Dortmund”da çıxış etdiyi ilk illəri xatırladıb.

Haaland sosial media hesabında da saç düzümünün müxtəlif mərhələlərini əks etdirən fotosunu paylaşıb.

Norveçli ulduz daha əvvəl uzun saç stilini Zlatan İbrahimoviçin məsləhəti ilə saxladığını açıqlamışdı.




Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!