"Neftçi" rəhbərliyi Vernidubun təklifini qəbul etdi - Transferlərlə bağlı ÖNƏMLİ QƏRAR

13:00 Neftçi 320
"Neftçi" rəhbərliyi Vernidubun təklifini qəbul etdi - Transferlərlə bağlı ÖNƏMLİ QƏRAR

"Neftçi" artıq bundan belə hər legionerə dəvət göndərməyəcək.

Bu məsələ klub rəhbərliyi ilə Yuri Vernidubun görüşündə razılaşdırılıb.

Baş məşqçi transfer çalışmaları ilə bağlı müzakirə zamanı üzləşdiyi problemi diqqətə çatdırıb.

Ukraynalı mütəxəssis bildirib ki, o, bəzən günlərlə bir oyunçunun video-roliklərini izləyir, statistik göstəricilərini incələyir, amma əksər hallarda əziyyəti boşa gedir. Çünki danışıqlar başlayan əsnada ona məlum olur ki, həmin legioner Azərbaycana gəlmək istəmir.

«Mən bura gəlməyi arzulamayan oyunçuya görə vaxt itirməməliyəm» söyləyən 60 yaşlı sükançı xidməti ona təklif edilən əcnəbilərlə əlaqəli bəribaşdan araşdırma aparılmasını zəruri sayıb.

Vernidubun bu mövqeyi dəstəklənib. İndən belə hər menecerin ad-soyadını göndərdiyi legioner barədə baş məşqçiyə məlumat verilməyəcək.

Kim maraq dairəsinə düşəcəksə, onun özüylə əlaqə saxlanılacaq, Azərbaycana gəlib-gəlməməklə bağlı fikri öyrəniləcək, sonra görüşmələr başlayacaq.
Rəhbərlik həmçinin yeni transfer strategiyasını müəyyənləşdirib.

Paytaxt təmsilçisi bundan sonra futbolçuların alınması üçün iri məbləğdə təzminat ödəməyəcək.

Kompensasiyanın miqdarına limit qoyulub. Çünki…

Yay ərzində araşdırma apararaq, belə qənaətə gəliblər ki, əcnəbi oyunçular, onların məxsus olduğu klublar və menecerlər «Neftçi»nin adını eşidincə, qiyməti «ceyran beli»nə qaldırır.

Süni qiymət artımına dair bir neçə fakt toplayan bakılı rəsmilərə məlum olub ki, təklif göndərilən legionerlər digər komandalarla daha aşağı təzminat və maaş qarşılığında anlaşıb.

Artıq belə olmayacaq.

«Ağ-qaralar» maraq dairəsinə düşən futbolçularla bağlı hərtərəfli məlumat toplayacaq. Bazar dəyəri qısa müddətdə dəyişənlərlə təmas qurulmayacaq.

«Neftçi» mövsümlərarası fasilədə 7 transfer çalışması həyatı keçirib. Onlardan 1-i yerli, qalanları xaricidir.

Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan) və Draqolyub Saviç (TSC, Serbiya) ilə müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti