İngiltərəli müdafiəçi üçün yeni təklif hazırlayır - Premyer Liqa nəhəngi

15:40 İngiltərə 116
İngiltərəli müdafiəçi üçün yeni təklif hazırlayır - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” “Nyukasl”ın sol cinah müdafiəçisi Luis Hollu transfer etmək üçün yeni təklif hazırlayır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli “qırmızı şeytanlar”ın bu mövqedə əsas transfer hədəfi olaraq qalır. “Nyukasl” isə müdafiəçini satmaq istəmir və onun üçün rekord məbləğ tələb edir.

Hollun “Mançester Yunayted”ə keçməkdə maraqlı olduğu bildirilir. Lakin klubun futbolçu üçün 80 milyon avro və ya daha çox təklif edib-etməyəcəyi hələlik məlum deyil.

Transfer baş tutmasa, “Mançester Yunayted” bu mövqeyə alternativ olaraq “Rasinq”dən Xorxe Salinası, “Leyptsiq”dən David Raumu, “Barselona”dan Alexandro Baldeni, “Fulhem”dən Antoni Robinsonu və “Bornmut”dan Adrien Trufferi nəzərdən keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti