Ölkəmizin təmsilçisi finala yüksəldi - Avropa çempionatında

24 Avqust 04:00 Digər növlər 399
Ölkəmizin təmsilçisi finala yüksəldi - Avropa çempionatında

Xorvatiyanın Zaqreb şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Nikita Simonov uğurlu çıxış edib.

Sportinfo.az xəbər verir ki, böyüklər arasında mübarizə aparan Simonov halqalarda təsnifat mərhələsində 14,166 xal toplayıb.

Bu nəticə ilə Azərbaycan gimnastı yeddinci pilləni tutaraq final mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti