
“Hər şey özümüzdən asılıdır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Dmitri Litvin deyib.
Premyer Liqanın başa çatmasına 6 tur qalmış sonuncu pillədəki “Səbail”lə 9-cu sıradakı “Kəpəz” arasındakı xal fərqi 8-dir. Bu isə kifayət qədər ciddi rəqəm sayıla bilər.
“Dənizçilər”in ukraynalı legioneri komandasının elitada qalmaq şanslarını dəyərləndirib:
“Biz qələbə qazanmayandan sonra digər matçlardakı nəticələrin necə olması önəm daşımır. Komandanı Premyer Liqada saxlamaq istəyiriksə, qol vurmalı, qalib gəlməliyik.
Ən vacib məqam, turnir cədvəlindəki xallara baxmağa gərək yoxdur. Aqressivliyi artırmalı, qollar vurmalı və yalnız öz oyunumuz haqda düşünməliyik.
Rəqiblərin xallarına baxsaq, heç nəyə nail olmayacağıq. Sona qədər mübarizədən çəkilməyəcəyik”.
30 turdan sonra “Səbail”in 20, “Kəpəz”in 28 xalı var.
HƏBİB