Özünü "Neftçi" və "Qarabağ"a tay tutan komanda haqda YALAN İDDİA

16 Mart 14:40 Səbail 1 203
Özünü "Neftçi" və "Qarabağ"a tay tutan komanda haqda YALAN İDDİA

Premyer Liqanın son 2 turu «Səbail» üçün xalsız başa çatıb.

«Sumqayıt»a uduzdular, ardınca da «Neftçi»yə

. Məqsədi avrokuboklara vəsiqə olan bir komandanın məğlubiyyətləri sıralamağa başlaması Şahin Diniyevi narahat etməlidir.

10 milyonluq büdcəni, hər dəfə iri miqdarda mükafatı ona görə almayıb ki, bu qədər eniş-çıxışa imza atsın.

«Səbail»də sabitlik çatışmır. Hörmətli Diniyev isə iddia edir ki, «Qarabağ» və «Neftçi» ilə başabaş oynaya bilən komanda yaradıb, qapazaltı deyillər.

Öz aramızdır, Şahin bəy növbəti dəfə yalan uydurur. Nəyi də bacarmasa, bu kimi hap-gop məsələlərdə pərgardır.

Qarışqadan fil düzəltməkdə, gözə kül üfürməkdə ikinci biri yenə özüdür.

Dünən «Səbail» 25-30 dəqiqə nəzərə çarpdı. İkinci hissədə «Neftçi» ilə açıq oyuna getdilər, təhlükəli vəziyyətlər yaratdılar.

Buna qədər isə 3 xalın taleyi artıq həll olunmuşdu. Qonaqların ötəri canfəşanlığı heç təsəlli qolunun vurulmasına da gətirib çıxarmadı.

Hakimlər olmasa, «Səbail»ə çörək tapılmaz. Şahin Diniyevin əsl gücü onlardır.

Nə vaxt ki hakimlər cızığından kənara çıxa bilmir, «Səbail» o gün ya uduzur, ya da heç-heçə edir.

Şahin Diniyev «başabaş oynayırıq» deyəndə, güman ki, buna eyham vurur.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"