AFFA “Səbail”i bu şəxsin ixtiyarına verdi

16 Oktyabr 2021 17:40 Səbail 1 453
AFFA “Səbail”i bu şəxsin ixtiyarına verdi

AFFA “Səbail”in idarə edəcək şəxsin kimliyini müəyyənləşdirib.

Cahangir Həsənzadə klubda səlahiyyət yiyəsi olub.

O. son vaxtlara kimi burada İdarə Heyətinin üzvü idi. AFFA-da Texniki Direktor vəzifəsinə təyinat alandan sonra “dənizçilər”lə rəsmi əlaqəsini “kəsmişdi”.

Amma bu qərar gözdən pərdə asmaq məqsədi daşıyırdı və indi görünən odur ki, federasiya “Səbail”ə nəzarəti başqa şəxsə tapşırmaq istəməyib.

“Caqa” ləqəbli keçmiş qapıçı artıq klubda əsas söz sahibidr və bütün məsələlər onun iştırakı və icazəsi ilə nizamlanır.

Fərəc Əliyev? İdman direktoru postunu tutan bu şəxs, sadəcə, elə-belə fiqurdur, təkbaşına qərar vermək gücündə deyil. AFFA vaxtilə “İnter”də operator olmuş “Farik”ə ona görə dəymir ki, o, “Fatı otur, Fatı dur” prinsipinə uyğun gəlir.

“Səbail” ötən ilədək nisbətən müstəqil fəaliyyət göstərirdi. Na vaxt ki, Tamerlan Abdullayev qeyri-rəsmi olaraq prezident səlahiyyətlərini yerinə yetirirdi,

AFFA hər istədiyini burada tam şəkildə edə bilmirdi. Abdullayev “Səbail”ə az büdcə ayrılmasına etiraz edib gedincə, “dəngələr” də dəyişdi və indi də belə…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti