"Qəbələ"li samboçu erməniyə qalib gəlib, bürünc qazandı: FOTO

23 May 2019 09:48 Sambo 759
"Qəbələ"li samboçu erməniyə qalib gəlib, bürünc qazandı: FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.

Sportinfo.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb.

82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb.

Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!