Şəhriyar dünya çempionu ilə heç-heçə etdi

23 Sentyabr 2021 02:24 Şahmat 824
Şəhriyar dünya çempionu ilə heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Klublararası Avropa Kubokunda üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Məmmədyarov yerli "Alkaloid", Karlsen "Offerspill" komandasının heyətində yer alıb.

Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla çıxış edib.

Bununla belə, "Alkaloid" 5,5:0,5 hesabı ilə qalib gəlib.

Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası da Fransa "Asnieres"ini eyni hesabla yenib.

Xəbər Lenti