Millimizin futbolçusu sağaldı və ailəsinə döndü - FOTO

27 Noyabr 2020 20:20 Sabah 1 399
Millimizin futbolçusu sağaldı və ailəsinə döndü - FOTO

Sportinfo.az xəbər verir ki, millimizin və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə koronavirusdan sağalıb.

UEFA Millətlər Liqasının Xorvatiyada Monteneqro ilə oyunu ərəfəsində COVID-19-a yoluxan Təmkinin verdiyi növbəti testin nəticəsi neqativ çıxıb.

Bu üzdən futbolçu Xorvatiyadakı hoteli tərk edib və Azərbaycana qayıdıb.

Millimizin daha iki futbolçusu, “Qarabağ” klubunun üzvləri – Rahil Məmmədovla Maksim Medvedev hələ də sağalmayıblar. Onlar müvafiq olaraq Xorvatiya və Lüksemburqdakı hoteldə müalicə alırlar.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu