"Sabah" millinin futbolçusu ilə yeni müqavilə bağladı

17 Sentyabr 2020 12:40 Sabah 451
"Sabah" millinin futbolçusu ilə yeni müqavilə bağladı

“Sabah” Ozan Can Kökçü ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi paytaxt klubunda 19 oyun keçirib, 1 qola imza atıb.

Kökçünün "Sabah"la əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.

Digər Xəbərlər
Xəbər Lenti