Təmkinin təmkini qalmadı, bu sözləri ilə təəccübləndirdi: "Tələsirəm"

6 Avqust 2020 14:36 Sabah 1 881
Təmkinin təmkini qalmadı, bu sözləri ilə təəccübləndirdi: "Tələsirəm"

“Hər yaşa dolduqca məsuliyyət biraz daha artır çiyinlərimdə. 27 yaş bəziləri üçün həyata başlanğıc olsa da, mənim üçün kifayət qədər böyük yaşdır. Demək olar ki, karyeramı yarılamışam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisi və “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadə öz “instagram” hesabında yazıb.

Bu gün 27 yaşını qeyd edən yığmamızın üzvü gələcək arzularını da bildirib: “Çoxunuz bilirsiniz ki, 20 yaşımda Premyer Liqada “Qarabağ”da debüt etmişəm.

Bu 7 ildə 5 klubda forma geyindim. 7 qolum, 20-dən çox assitim var. 3 dəfə millinin heyətində fərqlənə bilmişəm. Amma mənim üçün hələ azdır. Qarşıda böyük hədəflərim var.

Tələsirəm, çünki futbolçu üçün vaxt çox önəmlidir. Daha çox qollar vurmaq istəyirəm. Uzun illər milli forma ilə bayrağımı sinəmdə qürurla daşımaq niyyətindəyəm.

Futbolun həyatımın mərkəzində olmasını istəyirəm. Ən böyük arzum baş məşqçi olmaqdır. Bir də ata kimi övladımın hər zaman xoşbəxt olmasını istəyirəm.

Allah mənə onun xoş günlərini görəcək ömür nəsib etsin. İllər boyu məni dəstəkləyən azarkeşlərimizə çox təşəkkür edirəm. Sizin hər birinizin varlığı mənim üçün böyük gücdür. Söz verirəm ki, bu il sizi daha çox sevindirəcəm. Xoş gəldin, 27! Səndən gözləntilərim böyükdür”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!