 
            Millinin hücumçusu Ramil Şeydayevin yayda Azərbaycanı tərk etmək variantı yaranıb.
Sportinfo.az-ın məlumatına görə, qışda Moskva «Dinamo»sundan «Sabah»a gələn forvard 2 ölkədən təklif alıb.
Onunla Portuqaliya və Belçikanın ortabab klubları maraqlanır. Şeydayevin işiylə Riad Rəfiyev məşğuldur. «Sumqayıt»ın prezidentinin menecerlik fəaliyyətini de-fakto davam etdirməsi sirr deyil.
Riad bəy hər iki yöndə çalışmalarını bərabər yürüdür. O, bir neçə il öncə Ramilin həm «Trabzonspor», həm də «Jilina»ya keçidində vasitəçi olub.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            