“Zirə” kimi açıq futbol oynasaq, 0:6 hesabı qaçılmaz olar”

29 Fevral 2020 20:18 Sabah 847
“Zirə” kimi açıq futbol oynasaq, 0:6 hesabı qaçılmaz olar”

“Qarabağ” çox yaxşı komandadır”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Qolsuz bərabərliklə nəticələnən matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikirlərini bölüşüb:

- Paltardəyişmə otağında demişdim ki, 1-2 fürsətimiz olacaq. Bu imkanlar ələ düşdü, istifadə edə bilmədik. Belə rəqiblə görüşdə yaxşı qapıçın və bir balaca da uğurun olmalıdır. Bu gün uğur bizim yanımızda idi.

- Ruslan Abışovun dönüşü nə vaxta gözlənilir?
- Ruslanın zədəsi əvvəldən var idi. İkinci məşqdən sonra əzələ zədəsi özünü göstərməyə başladı. Topa 100 faiz zərbə vura bilmirdi. Qərara gəldik ki, müalicə müddəti davam etsin. Zədəyə görə narahatlıq keçirirdi, bu da psixoloji problemə çevrilmişdi. Artıq yavaş-yavaş komandaya qoşulur. İstəmirik ki, birdən-birə oynasın, yenidən zədələnmək riski olsun.

- Nəticə ürəyinizcə oldu?
- “Qarabağ”da Zubir, Romero kimi ekstra keyfiyyətə sahib oyunçular var. “Zirə” kimi açıq futbol oynasaq, 0:6 hesabı qaçılmaz olar. Belə oyunda qapıçımız 2-3 real qolun qarşısını ala bilməsəydi, böyük problemimiz olardı. Şansımız gətirdi ki, qapımızda Saşa Stamenkoviç kimi qapıçı dururdu. Meydana daxil olanda təkcə bizim yox, “Qarabağ” oyunçuları üçün də bəzi məsələlər qaranlıq olur.

- Sayılmayan qol barədə nə deyə bilərsiniz?
- Hakimlik barəsində heç vaxt danışmıram. Biz məşqçiyik, hakim deyilik ki, onların səhvləri barədə danışaq. Əgər hakim deyibsə ki, qoldur, deməli, qoldur.

Digər Xəbərlər
Xəbər Lenti