Millinin 6000 manatlıq sabiq hücumçusundan "siftə"

17 Fevral 2020 11:28 Sabah 1 602
Millinin 6000 manatlıq sabiq hücumçusundan "siftə"

Rauf Əliyev yeni klubu "Səbail"in heyətində qol hesabını açıb.

31 yaşlı hücumçu Premyer Liqanın XVII turunda "Qəbələ"ni 3:1 hesabı ilə yendikləri oyunun 70-ci dəqiqəsində fərqlənib. Bununla da, mövsüm ərzində ikinci klubda ilk qolunu vurub.

Millinin sabiq üzvü cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənmişdi. Forvard əvvəlki mövsümlərdə daha 5 komandada - “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də rəqib qapısına yol tapıb.

“Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. O, Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.

Sportinfo.az-ın məlumatına görə, Raufun qolu “Səbail“ə 6000 manata başa gəlib. “Neftçi“də ayına 12 min manat maaş alan hücumçu “dənizçilər“lə bundan iki dəfə aşağı məbləğə anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!