“Sabah”ın hücumçusu irlandlara çətinlik vəd etdi

8 Avqust 2024 01:00 Sabah 908
“Sabah”ın hücumçusu irlandlara çətinlik vəd etdi

"Sabah"ın hücumçusu Coy-Lens Mikels Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Sent Patriks Atletik”lə (İrlandiya) ilk matçı haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı almaniyalı deyib:

"Sabah bizi çox çətin oyun gözləyir. Biz əlimizdən gələni edəcəyik ki, bu matç rəqib üçün də çox çətin olsun.

Biz həftəboyu çox çalışmışıq. İnanıram ki, uğurlu nəticə əldə edəcəyik".

Bu gün keçiriləcək "Sent Patriks Atletik" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti