Azərbaycan klubunda daha bir alqışalayiq ADDIM!

13 Mart 22:40 Sabah 732
Azərbaycan klubunda daha bir alqışalayiq  ADDIM!

“Sabah” FK və “Edu Max Academy” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, müqaviləyə əsasən, şirkət “Sabah” FK-nın U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək. Əməkdaşlıq müqaviləsinin əsas məqsədi futbol akademiyasının azyaşlı üzvlərinin xarici dil biliklərinin təkmilləşdirilməsi və bununla da onların gələcəkdə beynəlxalq futbola adaptasiyalarını mümkün qədər asanlaşdırmaqdan ibarətdir.

“Edu Max” şirkətinin əsas fəaliyyət istiqamətləri xaricdə təhsil, beynəlxalq imtahanlara hazırlıq və yay məktəbləri təşkilini həyata keçirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM