COP29

Futbol ilahəsi Azərbaycan komandasının hücumçusu ilə niyə küsülüdür?

1 Noyabr 23:40 Sabah 595
Futbol ilahəsi Azərbaycan komandasının hücumçusu ilə niyə küsülüdür?

Artıq dörd turdur ki, «Sabah» Premyer Liqada qələbəyə həsrətdir.

Hər şeyin əvvəli olduğu kimi, bir də sonu var.

Amma hələ demək olmaz ki, Krunoslav Renduliçin axırı gəlib çatıb. Bəlkə də həmin gün tezliklə gəlib çatacaq, biz də tirajlayacağıq.

Ancaq dəqiq olan odur ki, o gün bu gün deyil.

«Sabah»ın futbolçuları oyun seçir. Mən bura hamısını aid etmirəm.

Sözümün canı komandanın aparıcı simalarına aiddir. Onların da başında Coy-Lens Mikels gəlir.

Almaniyalı hücumçu hər matça bir cür hazırlaşır və bu, komandanın oyununa təsirsiz ötüşmür. İddialılarla qarşılaşmada özünü oda-közə vuran Mikels bunu digərləri önündə etmir.

Futbol ilahəsi də, yəqin buna görə Mikelsi hər fürsətdə cəzalandırır. Gözəyarı sayası olsaq, Mikels son dörd turda üst-üstə 5-6 qol epizodunu havaya sovurub.

Komandanın əslən nigeriyalı forvardından asılılığı çoxdur. O, sanki iştah həbidir. Qol vurursa, yoldaşları da ondan ilhamlanır.

Qol vurmursa, onlar da «yemək» yemək istəmir. Şafranko və Sekidikala isə liderlik keyfiyyətinin tezisləri sezilmir, daim ikinci plandadırlar.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti