Premyer Liqamızda saxlanılmayan hücumçu Misir klubunda

25 Sentyabr 2024 01:00 Sabah 1 092
Premyer Liqamızda saxlanılmayan hücumçu Misir klubunda

“Sabah”ın yollarını ayırdığı Emmaneul Apeh özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, Krunoslav Renduliçin sərəncamında görmək istəmədiyi nigeriyalı hücumçu Misirdə oynayacaq.

O, bu ölkənin yüksək liqasında çıxış edən “Əl-İttihad” ilə anlaşıb.

Forvard mövsümün sonuna qədər Misir klubunda forma geyinəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti