Azərbaycan klubunda son iki həftədə nələr baş verir? - VİDEO

9 Avqust 2024 22:20 Sabah 1 273
Azərbaycan klubunda son iki həftədə nələr baş verir? - VİDEO

“Çox təəssüflər olsun ki, iki həftə öncəki “Sabah”la indiki arasında ciddi fərq var.

Maraqlıdır ki, bir komanda müdafiə olunmaqda niyə bu qədər problemlər yaşayır.

Topsuz oyunda komandanın meydana yerləşmə vəziyyəti heç də ürəkaçan deyil.

Amma ümid edir və inanırıq ki, Bakıda mərhələ adlayacağıq. Çünki komandamızda bu potensial var”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutan “Sent Patriks” – “Sabah” matçından (1:0) danışan tanınmış jurnalist seçilən oyun planından narazılığını ifadə edib.

Qeyd edib ki, yalnız Mikels, Sekidika və Parrisin fərdi ustalığına ümid etməklə, bu cür müdafiə xətti ilə irəli getmək mümkün deyil.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?