"Sabah"a qarşı müsbət nəticə əldə etmək istəyirik"

7 Avqust 2024 20:20 Sabah 1 342
"Sabah"a qarşı müsbət nəticə əldə etmək istəyirik"

Sportinfo.az xəbər verir ki, “Sent-Patriks Atletik”in yarımmüdafiəçisi Ceymi Lennon Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun sabah Dublində “Sabah”a qarşı keçiriləcək ilk oyunu ilə bağlı fikirlərini bildirib.

İrlandiya klubunun rəsmi saytına danışan irlandiyalı futbolçu“Bilirik ki, turnirin əvvəlki raundlarında olduğu kimi, “Sabah”la bu oyunda da azarkeşlərimiz bizimlə olacaq.

“Sabah”a qarşı müsbət nəticə əldə etmək istəyirik. Bilirik ki, izdihamın yüksək dəstəyi buna nail olmaqda bizə kömək edəcək".

Komandalar arasında “Tallaqt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti