"Avrokubokda uğur qazanmaq istəyirsənsə, buna hazır olmalısan"

7 Avqust 2024 19:40 Sabah 1 098
"Avrokubokda uğur qazanmaq istəyirsənsə, buna hazır olmalısan"

Premyer Liqanın 1-ci turunun "Sabah" və "Şamaxı" arasında bərabərliklə bitən (2:2) matçından sonra ev sahiblərinin yarımmüdafiəçisi İvan Lepinitsa Sportinfo.az-a müsahibə verib.

- Yeni mövsümə autsayderlə görüşdə xal itkisi ilə başlamağı necə şərh edərdin?

- Fikrimcə, ilk hissədə çox yaxşı oynadıq. Buna uyğun olaraq iki qol vurmağı da bacardıq. Məncə, daha çox qol vurmalıydıq. Təəssüf ki, rəqib hissənin sonunda fərqi azaltdı. Qələbə qazanmalı olduğumuz oyunda 2 xal itirdik.

- Həqiqətən, ilk hissə "Sabah"ın böyük üstünlüyü vardı. Hətta 2:0 önə keçmişdiniz. Olmuya qələbəyə daha erkən sevindiniz deyə sonluq belə oldu?

- Belə deməzdim, sadəcə komanda 4 gün ərzində iki oyun keçirməli oldu. Fikrimcə, komanda "Şamaxı" ilə matçda yaxşı təsir bağışladı. Sadəcə əldə etdiyimiz qol fürsətlərini dəyərləndirə bilmədik. Rəqib isə əldə etdiyi 2 qol fürsətindən lazımınca yararlandı. Qələbəyə layiq idik. Lakin təəssüf ki alınmadı. Ancaq nəzərə alaq ki, bu sadəcə ilk turdu.

- Son 3 matçda da əsas heyətin dəyişməz üzvü olmusan. Artıq adaptasiya prosesini arxada qoyduğunu demək olar, yoxsa daha yaxşı Lepinitsa görə bilərik?

- Hər bir futbolçu üçün məşqçinin inamı çox vacibdir. Məşqçinin mənə güvənməsi məndə əlavə özünə inam yaradır. Əlbəttə bununla rahatlaşmaq olmaz. Mən özüm də daim öz üzərində işləyir və komandama maksimum faydalı olmağa çalışıram.

- İstirahətsiz meydanda olursan. Belə ağır qrafikdə çıxış etmək sənə çətin deyil?

- Əlbəttə, müəyyən çətinliyi olur. Amma avrokubokda uğur qazanmaq istəyirsənsə 3 gündən bir oynamağa hazır olmalısan.-

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti