“Sabah” cari avrokubok mövsümünə parlaq qələbə ilə başladı.
Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv cütün favoriti sayılan “Makkabi Hayfa”nı darmadağın etdi – 3:0.
Hər il avrokubokların qrup mərhələsində mübarizə aparan, kifayət qədər güclü heyətə malik olan İsrail təmsilçisinin nominal meydan sahibi qismində Azərbaycan komandası qarşısında boyun əyməsi çoxunu şoka salıb. Elə öz azarkeşlərini də.
Fanatlar klubun sosial media səhifələrində yazdıqları şərhlərlə
“İlyarım əvvəl “Yuventus”u udan komandaya kim və nə edib?”
“Yeni futbolçular almaq üçün pul xərcləmədikcə belə də davam edəcəksiniz”.
“Komandanı bu hala saldığınız üçün utanmırsınız?”
“Bu cür həssas məqamda İsrailin adını və “Makkabi”nin loqosunu biabır etdiyiniz üçün qarşımızda cavab verəcəksiniz. İsrail futbolunun ən faciəvi oyunlarından birini göstərdiniz”.
“Avropa standartlarına cavab verməyən məşqçini gətirəndə sonu da belə olmalıydı.
“Siz bu gün bütün təhqir növlərini haqq etdiniz”.
“Avropaya şoppinq etməyə getmisinizsə, deyin, bilək və sizdən futbol gözləməyək. İsraildə mükafat almağa nə var? Avropada sübut edin”.
“Makkabi”nin tarixinə yazılan ən biabırçı məğlubiyyətlərdən birinə imza atan hər kəs şərəfi və vicdanı qarşısında cavab verməlidir. Əgər sizdə o, varsa”.
“Yekəxanalığınızın cavabını aldınız, hə? İndi sakitləşin. Cavab oyunu ilə vaxt qazanmayın. Görəcəyik sizi”.
Komandalar arasında cavab görüşü avqustun 1-də “Əlincə Arena”da (“Bank Respublika Arena”) keçiriləcək. Oyunu start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

