COP29

"Əvvəl məktub göndərilsin, sonra onunla bağlı mövqeyimizi açıqlayarıq“

24 İyun 11:20 Sabah 836
"Əvvəl məktub göndərilsin, sonra onunla bağlı mövqeyimizi açıqlayarıq“

İsrailin “One” portalı yeni iddia irəli sürüb.

Yerli həmkarlarımızın yazdığına görə, “Makkabi” (Hayfa) Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Sabah”a müraciət edib.

Bildirilib ki, Hayfa əmsilçisi Azərbaycan klubuna oyunların yerlərinin dəyişdirilməsi haqda təklif göndərib.

Belə ki, “Makkabi” tərəfi “Sabah”a püşkatmadan sonra məlum olduğu kimi, cavab oyunun deyil, ilk matçın Azərbaycanda keçirilməsini təklif edib.

Üstəlik, maddi-texniki çətinliklər səbəbindən “Makkabi” ev matçını əvvəlcədən planlaşdırıldığı kimi, Macarıstanda deyil, Bolqarıstanda keçirmək niyyətindədir.

İkinci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

“Sabah“ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yayılan xəbərlərlə bağlı Sportinfo.az-a bunları söyləyib:

“Biz bu haqda yalnız mətbuatdan oxumuşuq. Qarşı tərəfdən hələ bizə heç bir rəsmi müraciət olmayıb.

Bəlkə də həftəsonu olduğundan, “Makkabi”nin məktubu bu gün-sabah gəlib çatacaq.

Əvvəl məktub göndərilsin, sonra onunla bağlı mövqeyimizi açıqlayarıq“.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!