Paytaxt klubunda xorvat RUZİGARI

12 May 2024 16:05 Sabah 963
Paytaxt klubunda xorvat RUZİGARI

Krunoslav Renduliçin "Sabah"a baş məşqçi təyinatından 2 ay keçir.

Arxada qalan qısa müddətdə xorvatiyalı mütəxəssis "Sabah"da müsbət işlər görməsilə yadda qalıb.

Düzdü, onun ifasında çox da baxımlı futbola tamaşa etmirik.

Sələfi Murad Musayevdən fərqli olaraq Renduliç daha çox ehtiyatlı futbola üstünlük verir.

Lazım olanda müdafiə olunmasını da bilir. Əbəs deyil ki, ilk mətbuat konfranslarından birində "İntizamlı müdafiə olunmaq da vacibdir" - demişdi.

Xüsusilə lazım olan qol(lar) vurulandan sonra "tələbələr" daha çox qapanmaq, əks-hücumda oynamaq taktikasını seçirlər.

Pis də effekt vermir.

8 matçda 6 qələbə əldə olunub.

Onun 4-ü son 4 tura təsadüf edir.

Çempionatın belə gərgin dönəmində qələbələri sıralamaq hünər istər.

Renduliçin Masazır klubuna stabillik gətirməsi xüsusilə diqqət çəkir. Nəzərə alaq ki, əcnəbi mütəxəssis gələndən sonra heç bir transfer həyata keçirməyib. Özünün qurmadığı, heç bir toplanış keçmədiyi kollektivlə uğurlu çıxış etməyi bacarır.

Avrokuboklar üçün mübarizə aparan komandanın medal şansları da yüksək qiymətləndirilir. 50 yaşlı mütəxəssis bunu bacarsa, növbəti mövsüm ondan daha yaxşı "Sabah" gözləmək olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”