COP29

"Kifayət qədər bahalı legionerlər alıblar, yenə də nəsə alınmır" - VİDEO

24 Sentyabr 2023 15:15 Sabah 3 016
"Kifayət qədər bahalı legionerlər alıblar, yenə də nəsə alınmır" - VİDEO

«Sabah»ın nəticələri ilə yanaşı, oyununda da geriləmə var».

Bu sözlər klubun sabiq idman direktoru Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində daimi ekspert kimi çıxış edən keçmiş funksioner Masazır təmsilçisinin Premyer Liqanın son 3 turunda məğlubiyyətləri sıraladığını bildirib:

«Murad Musayev yaxşı məşqçidir. Bunu danmağa dəyməz. Amma burada nələrsə düz getmir.

Doğrudur, bu mövsüm çox yaxşı və kifayət qədər ödənişli legionerlər alıblar.

«Sabah» ötən mövsüm də bir neçə oyunda məğlub olmuşdu, ancaq onda komanda dinamik və istəkli təsir bağışlayırdı. İndi isə biz bunu görmürük».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti