Qurban Qurbanov bu adama olan simpatiyasını yenə göstərdi - VİDEO

30 May 2023 21:20 Sabah 2 316
Qurban Qurbanov bu adama olan simpatiyasını yenə göstərdi - VİDEO

Peşəkar Futbol Liqasının mövsümün yekunları ilə bağlı təşkil etdiyi mükafatlandırma mərasimində diqqət mərkəzində olan əsas adamlardan biri, bəlkə də birincisi Qurban Qurbanov idi.

Ölkənin bir nömrəli futbol məşqçisinin Ramil Şeydayevi bağrına basarkən kövrəlməsinə və ailə üzvlərini də stadiona dəvət etməsinə dair görüntülər xəbər portallarının bəzəyinə çevrildi.

Daha bir maraqlı an isə çoxlarının diqqətindən kənarda qaldı.

“Sabah”lılar medala qovuşmaq üçün fəxri kürsüyə tərəf yan alanda Qurban Qurbanov medalını gözləyən Murad Musayevə yaxınlaşdı.

Ölkənin üzdə olan məşqçiləri bir neçə dəqiqə söhbət etdikdən sonra Qurbanovla Musayev müxtəlif rakurslarda xatirə şəkilləri çəkdirdi.

Qurban bəyin rusiyalı çalışdırıcıya sevgisi səbəbsiz deyil. “Sabah”ın baş məşqçisi ölkəsinin mətbuatına Azərbaycan futbolu ilə bağlı verdiyi az qala hər açıqlamada “Qarabağ”la Qurban Qurbanovdan söz açır.

Bununla yanaşı, Qurbanov özündən 11 yaş kiçik həmkarının məşqçilik bacarığını və çılğınlığını da sevir.

“Sabah”ın başa çatan mövsümdə “Qarabağ”la keçirdiyi 4 oyunda 1 dəfə məğlub olub, 1 dəfə qələbə qazanıb, 2 matç heç-heçə yekunlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?