“Sabah” Azərbaycanda 24-cü komanda oldu ki…

19 Mart 2023 01:50 Sabah 474
“Sabah” Azərbaycanda 24-cü komanda oldu ki…

"Sabah" Premyer Liqada 50-ci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, mövsümün XXVII turuna təsadüf edib.

Masazır klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb.

“Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.

Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu