
"Sabah" "Zirə" ilə oyunun hazırlıqlarına start verib.
Masazırda məşqlərini davam etdirən komandanın məşqçilər korpusunu sevindirən məqam hər kəsin düşərgədə sağlam olmasıdır.
Hətta Kristian Sebalyos da.
Həftlərdi zədəsinin müalicəsi ilə məşğul olan ispaniyalı sağalıb və tam gücü ilə kollektiv hazırlıqda iştirak edir.
Murad Musayev şans verəcəyi halda 30 yaşlı yarımmüdafiəçini Zirə səfərində meydanda görə bilərik.
"Turan Tovuz"la (1:2) matçın ilk hissəsində xəsarət alaraq erkən əvəzlənən "Barselona" yetirməsi sonrakı 3 turu da buraxmaq məcburiyyətində qalmışdı.
Bu, Sebalayosun mövsümdə ikinci belə uzun müddətli sıradan çıxmasıdır.
Premyer Liqanın 3-cü turunun "Neftçi" ilə matçında zədələnmiş və 5 oyun komandasına kömək edə bilməmişdi.
Orta xətt oyunçusu bu mövsüm meydana çıxdığı 18 oyunda 3 qol və 3 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ