"Sabah" yığmanın mərkəz müdafiəçisini icarəyə verdi

25 İyun 2022 16:40 Sabah 1 736
"Sabah" yığmanın mərkəz müdafiəçisini icarəyə verdi

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Kəpəz"in "Sabah"la apardığı danışıqlar başa çatıb.

Masazır klubu Samir Məhərrəmli və Rüstəm Samiqullindən sonra daha bir gənc futbolçusunu onlara icarəyə verməyə razılaşıb.

Nemət Musayev üzümüzə gələn "futbol ili"ni Gəncədə keçirəcək. "Sarı-göylər" 20 yaşlı mərkəz müdafiəçisini 1 illik icarəyə götürüb.

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin üzvü "Sabah"ın ikinci komandasında çıxış edir.

Murad Musayev tərəfindən tez-tez əsas komandanın məşqlərinə cəlb olunsa da, Premyer Liqada debüt etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var