Müharibənin didərgin saldığı braziliyalı ölkəmizə gəlir?

23 İyun 2022 23:40 Sabah 1 563
Müharibənin didərgin saldığı braziliyalı ölkəmizə gəlir?

Böyük hədəflər üçün heyət quran "Sabah"ın "Transfer bazarı"nda aktivliyi davam edir.

Komandanın maraq göstərdiyi növbəti futbolçunun kimliyinə də aydınlıq gəlib.

Bu, braziliyalı yarımmüdafiəçi Dieqo Santosdur.

Müqavilə ilə Ukrayna "Kolos"una məxsus olan futbolçu müharibə səbəbindən martdan sonra Polşanın "Yaqelloniya" komandasında icarəyə verilib. O, burada meydana çıxdığı 8 qarşılaşmada 2 qol və 1 asistlə yadda qalıb.

Masazır təmsilçisi də Ukrayna klubu ilə 2024-cü ilə kimi müqaviləsi olan Santosu icarəyə götürmək üçün danışıqlar aparır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!