"Az vaxt qalıb, həmin səhvləri düzəltməyə çalışırıq" - Bəxtiyar

20 Yanvar 2022 23:40 Sabah 416
"Az vaxt qalıb, həmin səhvləri düzəltməyə çalışırıq" - Bəxtiyar

“Sabah” bu gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti oyununa çıxıb.

Paytaxt klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

"Sabah"ın qolunu 83-cü dəqiqədə Kamran Quliyev vurub. Masazır təmsilçisinin mərkəz müdafiəçisi Bəxtiyar Həsənalizadə oyun barədə fikirlərini Sportinfo.az-la bölüşüb:

"Toplanış çərçivəsində ikinci oyunumuz bu gün baş tutdu. İlk oyundan daha ağır və çətin matç oldu. Qələbə qazana bilmədik, amma ötən oyundan daha yaxşı çıxış elədik.

Səhvlərimizin olduğunu bilirik. Fasilənin bitməsinə az qalıb. Həmin səhvləri düzəltməyə çalışırıq. Ümid edirəm ilk rəsmi görüşə kimi tam hazır ola biləcəyik".

Təcrübəli oyunçu komandasının Türkiyədə hazırlığından razılığını dilə gətirib: "Təlim-məşqimiz yaxşı keçir. Hər şey qaydasındadır. Gərgin məşqlər davam edir. Hazırda fiziki hazırlığa daha çox üstünlük verilir".

“Sabah” Antalya toplanışında ilk yoxlama oyununda Macarıstanın “Pakş” klubu ilə qollu bərabərə qalıb - 1:1.

Premyer Liqa təmsilçisi son sınağını yanvarın 25-də “Mladost”a (Luçani, Serbiya) qarşı verəcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti