"Bunun sirri..." - "Sabah"ın bombardiri

13 Yanvar 2022 23:20 Sabah 691
"Bunun sirri..." - "Sabah"ın bombardiri

"Sabah"ın hazırkı mövsüm bombardiri Coy-Lens Mikelsdi.

Almaniyalı legionerin aktivində 6 qol var.

Amma mövsüm heç də onun üçün uğurlu startla yadda qalmamışdı. İlk qolunu vurması üçün ona nə az-nə çox 8 tur gözləmək lazım gəlmişdi.

27 yaşlı qolçu ilk qolunu yalnız 9-cu turda "Qəbələ" səfərində vurmağı bacarmışdı. Elə bu qoldan sonra onun uğurlu oyun seriyası başlamış oldu. İlk 8 turda 1 qol belə vura bilməyən Mikels sonrakı 6 turda 6 qol vurmağı bacardı.

Masazır təmsilçisinin üzvü enişli-yoxuşlu çıxışının səbəbini Sportinfo.az-a açıqlamasında belə izah edib:

"İlk dövrədən fərqli olaraq son oyunlarda məhsuldarlıq nümayiş etdirməyimin sirri səbirdədir. İlk dövrədə də şanslarım olurdu.

Lakin məhz ilk dövrədən sonra qollarımı sıralamağa başlamağıma əsas səbəb kimi indi çempionata daha çox uyğunlaşmağımı göstərə bilərəm.

Lakin qeyd etməyi zəruri hesab edirəm ki, əsas qolları kimin vurması yox, komandanın qalib gəlməsidir.

Son oyunlarda yaxşı nəticələr qazandığımıza görə şadam. İnanıram ki, bu uğurun davamını gətirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!