“Sabah”ın iki legioneri – Onlar ötən həftə nə etdi?

9 Noyabr 2021 11:00 Sabah 1 351
“Sabah”ın iki legioneri – Onlar ötən həftə nə etdi?

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutmuş “Zirə” ilə matç (3:3) “Sabah”ın futbolçuları Coy-Lens Mikels və Xuan Kamara üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, bu oyunda iki qol vuran Mikels “Sabah”ın heyətində ilk dubluna imza atıb.

Matçın 47-ci saniyəsində fərqlənən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının cari mövsümündə ən erkən qolun müəllifi olub.

Görüşün 32-ci dəqiqəsində Kristian Sebalyosun əvəzinə meydana daxil olan Xuan Kamara isə matçın ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək, “Sabah”da ilk rəsmi qolunu vurub.

Bu görüş Kamara üçün heç də yalnız xoş ilklərlə yadda qalmayıb. 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılan ispaniyalı yarımmüdafiəçi “Sabah”da ilk qırmızı vərəqəsini alıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"