SON DURUM: Rusiya mediası "Sportinfo"nun yaydığı məlumatı təsdiqlədi

27 Oktyabr 2021 22:40 Sabah 773
SON DURUM: Rusiya mediası "Sportinfo"nun yaydığı məlumatı təsdiqlədi

"Sabah"ın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

Rusiyanın məşhur "Championat" nəşri Sportinfo.az-ın oktyabrın 24-də yazdığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/125477.html).

Həmkarlarımız həmin məlumat üzərindən araşdırma apararaq, Murad Musayevin Masazır klubu ilə anlaşmasını açıqlayıb.

Bildirilib ki, adıçəkilən mütəxəssis komandanın sükanı arxasına keçməyə razılıq verib. Tərəflərin yaxın müddətdə rəsmi müqaviləyə imza atacaqları bildirilib.

37 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 21-də istefaya göndərilmiş Ramin Quliyevi əvəzləyəcək.

Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, "Pro" lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.

Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb.

Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!