“Krasnodar”ın sabiq baş məşqçisi “Sabah”da

24 Oktyabr 2021 16:20 Sabah 2 317
“Krasnodar”ın sabiq baş məşqçisi “Sabah”da

Ramin Quliyevin istefasından sonra namizəd axtarışına start verən “Sabah” istədiyini tapıb. Həmin şəxs artıq Azərbaycana gəlib.

Onun kimliyi Sportinfo.az-a məlumdur.

Bu, Murad Musayevdir. Dünən gecə saatlarında Bakıya ayaq basan “Krasnodar”ın sabiq çalışdırıcısı klubun Masazırda yerləşən bazasını gəzib və rəsmilərlə görüşüb.

Premyer Liqanın ilk 8 həftəsində 4 xal toplayan «Sabah» avrokuboklara vəsiqə qazanmaq iddiasındadır.

İşdir, rusiyalı mütəxəssis şəraitlə tanış olandan sonra bu məsuliyyəti üzərinə götürsə, onunla 1+1 illik müqavilə imzalanacaq.

Digər Xəbərlər
Xəbər Lenti