Klub rəhbərliyi futbolçuların “ayağına gəldi“, xahiş etdi ki…

23 Oktyabr 2021 17:00 Sabah 1 082
Klub rəhbərliyi futbolçuların “ayağına gəldi“, xahiş etdi ki…

“Səbail”də “maaş üsyanı“ başa çatıb. Bayıl təmsilçisinin I Divizionda mübarizə aparan əvəzedici komandası 2 günlük aradan sonra məşqləri bərpa edib.

Ruslan Qafitullinin çalışdırdıığı kollektivin ayağa qalxmasının səbəbini maddi problemlərdir.

Futbolçular və məşqçi heyəti maaşlarını ala bilmədiyinə görə bu addımı atmışdı. Hətta klubun aşağı yaş qruplarında da vəziyyət ürəkaçan deyil.

Belə ki, klubun akademiyasında çalışan məşqçilər 4 aydır ki, maaşlarını ala bilmirlər. Azyaşlı futbolçuların geyim baxımından da problemləri var. «Dənizçilər» akademiya oyunçularına geyim dəstləri verməkdə çətinlik çəkir.

Problem artıq tamamilə aradan qalxıbmı? Bunu demək tezdir. Hələ ortada yalnız söz, yəni, vəd var. Klub rəsmiləri görüş keçirərək, yaxınlarda maaşların ödəniləcəyini bildirib və xahiş edib ki, I Divizionun növbəti turunda meydana çıxsınlar.

İcraçı direktor Fərəc Əliyev “qafqazinfo”ya açıqlamasında ödəmələrdə gecikmələrin olduğunu təsdiqləyib:

“Əvəzedici komandanın məşqə çıxmaması xəbəri doğru deyil. Çünki onlar dünən yoldaşlıq görüşü keçiriblər. Qaldı ki maddi məsələlərə, müəyyən gecikmələr mövcuddur.

Əvəzedici komandanın futbolçularının 70 faizi komandaya yeni qoşulub. Onlar avqust ayından bura gəliblər və 2 ay maaşlarını almalıdırlar.

Heyətin məvacibləri sentyabrda verilə bilərdi. Lakin yeni olduqları üçün sənədlərdə müəyyən çətinliklər ortaya çıxdı və ödənişlər qaldı.

Akademiya məşqçilərinə gəlincə, onların hamısında 4 aylıq gecikmə yoxdur. Bəzilərində 3 ay, bəzilərində 2 aylıq problemlər var.

Ötən ildən qalan məşqçilər iyul, avqust və sentyabr ayının maaşlarını almayıblar, yeni gələnlər isə avqust və sentyabr ayının. Sponsorlarla danışmışıq və yaxın günlərdə maaşlar ödəniləcək”.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti