"Burda olmağın özü böyük şərəfdir” – Millidə şans qazanmayan müdafiəçi

14 Oktyabr 2021 22:40 Sabah 812
"Burda olmağın özü böyük şərəfdir” – Millidə şans qazanmayan müdafiəçi

“Millinin toplanışı yaxşı keçdi. Hər cür şərait yaradılmışdı, hər şey qaydasındaydı. Sadəcə, nəticələr ürəkaçan olmadı”.

Millinin İrlandiya və Serbiya oyunları üçün toplanışında iştirak edən Bəxtiyar Həsənalızadə Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

“Sabah”ın müdafiəçisi azarkeşlərə görə üzüldüyünü bildirdi: “Təbii ki, əhvalımız yerində deyil. Azərbaycanlı futbolsevərlər bizdən qələbələr gözləyirdi. Biz də, ən azından bir oyunda qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. Toplanışa gəlincə, hər şey ürəyimcə oldu”.

İki oyunun heç birində şans qazanmayan futbolçulardan biri də Həsənalızadə oldu. Mərkəz müdafiəçilərin çoxluğu Canni de Byazini digər futbolçulara şans verməyə məcbur edirdi. İtalyan çalışdırıcı Bəxtiyara şans verməməsinin səbəbi haqda özüylə danışmayıb: “Xeyr, ikilikdə söhbətimiz olmadı. Bura milli komandadır. “23-lük”də oldum, ya olmadım, əsas heyətdə şans qazandım, ya qazanmadım – bunlar önəm daşımır. Ona görə də kiminsə təsəlli verməsinə gərək qalmır. Burda olmağın özü böyük şərəfdir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"