"Sabah"ın yeni transferi "Neftçi"yə qarşı oynayacaq?

26 Sentyabr 2021 09:40 Sabah 833
"Sabah"ın yeni transferi "Neftçi"yə qarşı oynayacaq?

"Sabah" ötən həftə Rusiya doğumlu Ruslan Pidlisnyakı heyətinə qatdı.

Amma iki illik müqavilə imzalanan gənc futbolçu əsas yox, əvəzedici komanda üçün sifariş edilib.

Birinci divizionun son turunda, Keşlə-2 ilə matçın 75-ci dəqiqəsində meydana çıxan Ruslanın bu gün "Neftçi" ilə baş tutacaq Premyer Liqa görüşündə şans qazanmaq ehtimalı yoxdur.

Ümumiyyətlə, 20 yaşlı hücumçunun gələcəkdə də əsas heyətdə yer alması özünü əvəzedici komandada necə göstərməsindən asılı olacaq.

"Sabah" - "Neftçi" görüşü bu gün "Bank Respublika Arena"da keçiriləcək. Matç 17:00-da start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti