
"Sabah" yeni mövsümə hazırlıqları Gürcüstanda davam etdirir.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk görüşünü keçirib.
Yerli "Şukura" komandası ilə baş tutan oyun "Sabah"ın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Xulio Rodriges vurub.
"Sabah" təlim-məşq toplanışı çərçivəsində növbəti oyunlarını 23 iyul "Samqurali", 28 iyul isə "Saburtalo" komandalarına qarşı keçirəcək.